5 iyun 2024-ci ildə Lənkəran Ailə Sağlamlığı Mərkəzində “Sevgi Boxçası” layihəsinin açılışında Türk Kızılayın Qafqaz regionu üzrə nümayəndəliyinin rəhbəri Hüseyin Çıtak, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Erkən Uşaq İnkişaf üzrə Mütəxəssisi Yelena İsrafilova, Lənkəran şəhəri İcra Hakimiyyətin müavini, ictimai humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, Lənkəran perinatal mərkəzinin baş maması Yasəmən Əliyeva, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran şöbəsinin müdiri Zəfər Miriyev, AzQAC-ın Sağlamlıq və Qayğı şöbəsinin müdiri Əminə Cabbarova, təlimçi Mətanət Qaraxanova və TƏBİB-in İlkin Səhiyyə Xidməti şöbəsinin işçisi Samirə Ramazanova iştirak ediblər.
Tədbir
layihə ilə bağlı təqdimata, o cümlədən görüləcək işlər, eləcə də onun həyata keçirilməsinin
uğurunu nəyin şərtləndirdiyi barədə təqdimata həsr olunub
.
Bu
layihənin ilk addımı Mətanət Qaraxanova tərəfindən 15 Sumqayıt patronaj tibb bacılarına
və 5 AzQAC-ın könüllüləri üçün təlimin keçirilməsi oldu.
Hazırda
hamiləlik müayinəsi keçirən tibb bacıları təşkil edilən təlimdən sonra ehtiyacı
olan hamilə qadınlara ilkin qulluq, peyvənd və qidalanma ilə bağlı 1 saatlıq məlumat
verdikdən sonra onlara sevgi bağlamalarını hədiyyə edəcəklər.
Sonda
xatirə şəkilləri çəkildi.